Tarixçə...
"MY GARDEN" körpələr evi və uşaq bağçası ilk dəfə 2023-cü ilin iyul ayında öz qapılarını balaca qonaqlarımızın üzünə açdı.
Ötən müddət ərzində, uşaq bağçamız dövlət təhsil standartlarına uyğun olaraq məktəbəqədər təhsil proqramını uğurla həyata keçirirməyə davam edir ki, bunun sayəsində 100-dən çox razı və minnətdar valideynimiz var.
Bağçamızın öz mətbəxi var və burada yüksək peşəkar ixtisaslı aşpazlar balaca dostlarımızı dadlı və sağlam yeməklərlə təmin edirlər.
Bağçamızın əsas ideya və vəzifəsi "balaca dostlarımızın" bağçada rahat və məhsuldar vaxt keçirməsidir ki, bunun üçün bütün kollektivimiz onların özlərini evdəki kimi hiss etmələri üçün səylərini əsirgəmir! Hər qrup bir qrup üçün, tələbatı nəzərə alınaraq, onlara uyğun olaraq çoxsaylı öyrədici oyuncaqlar və tədris qurğuları ilə təchiz edilir.
Bağçamızın daxili gəzintiləri üçün hasarlanmış ərazisi var və oraya yalnız təlimçilər və "balaca dostlarımızın" giriş icazəsi mövcuddur. "MY GARDEN" körpələr evi və uşaq bağçası Azərbaycan Respublikası qanunlarının bütün norma və tələblərinə tam cavab verir, Dövlət-Özəl tərəfdaşlıq proqramının iştirakçısıdır, yüksək səviyyədə maddi-texniki bazaya, maraqlı və çoxşaxəli tədris və təhsilə malikdir. Proqramlar daxilində şahmat, ingilis dili, bədii gimnastika, incəsənət laboratoriyası var. İstifadəyə verildiyi ilk gündən təqdim edilmiş bütün yerlərin tutulması qeyd edilənlərin təsdiqinə və Sizin bizə olan etimadınızın təsdiqidir!
Tez-tez verilən suallar
Faydalı keçidlər

ƏLAQƏ
Bakı şəhəri, Nərimanov rayonu,
Möhsün Sənani 169C





